Pressa.az » Ölkə » Ölkələrin taksi qiymətləri - Azərbaycan dünyada neçəncidir?

Ölkələrin taksi qiymətləri - Azərbaycan dünyada neçəncidir?

10 iyun 2025, Çərşənbə axşamı, 17:33
Ölkələrin taksi qiymətləri - Azərbaycan dünyada neçəncidir?

Taksi qiymətlərinə görə ölkələrin reytinq sıralaması açıqlanıb.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycan bu sıralamada 100-cü yerdədir.

Maraqlıdır ki, Azərbaycanda qiymətin 1 km üçün 0,59 dollar  (1.03 AZN) hesablandığı qeyd olunub. 

Rusiyada 0,45 dollar, Ukraynada 0,36 dollar, Ermənistan və Belarusda 0,33 dollar, Tacikistan və Özbəkistanda 0,3 dollar, Moldovada 0,29 dollar, Qırğızıstanda isə 0,23 dollardır ki, bu da MDB-də ən aşağı göstəricidir.

Qlobal səviyyədə taksi qiymətlərinə görə liderlər İsveçrə, Lüksemburq və Bəhreyndir, ən sərfəli qiymətlər isə Qırğızıstan, Filippin və Moldovadadır.

Dünyanın ən bahalı şəhərləri Sürix, London və Tirana, ən ucuzları isə Hindistanın Surat və Bhubanesvar şəhərləri, həmçinin Xarkovdur.