Azərbaycana turist axını artıb - Siyahıda israillilər də var

2025-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, gələnlərin 24,6 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 10,7 faizi Hindistan, 8,6 faizi İran, 4,4 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və İsrail, hər birindən 1,9 faiz olmaqla Özbəkistan və Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,2 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,5 dəfə, Tacikistandan - 1,7 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 44,3 faiz, Qırğızıstandan - 39,5 faiz, Yaponiyadan - 35,4 faiz, Pakistandan - 21,1 faiz, Qazaxıstandan - 20,4 faiz, Cənubi Koreyadan - 18,2 faiz, Niderlanddan - 17,7 faiz, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən - 17,5 faiz, Kanadadan - 17,0 faiz, ABŞ-dən - 16,0 faiz, İspaniyadan - 15,7 faiz, Hindistandan - 15,1 faiz, İtaliyadan - 13,2 faiz, Misirdən - 10,6 faiz artıb.
2024-cü ilin yanvar-may ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,9 faiz artaraq 39,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 faiz azalaraq 153,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 326,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 10,4 faiz artaraq 460,5 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,4 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2024-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 807,6 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 27,3 faiz, Gürcüstana gedənlərin sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 25,3 faiz azalıb. Azərbaycan vətəndaşlarının 36,5 faizi Türkiyəyə, 16,4 faizi Rusiya Federasiyasına, 11,0 faizi Gürcüstana, 11,0 faizi İrana, 25,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,8 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.