Pressa.az » Ölkə » Bakıda qadın güllələndi, KLİNİKA DİREKTORU olan əri saxlanıldı

Bakıda qadın güllələndi, KLİNİKA DİREKTORU olan əri saxlanıldı

16 iyul 2025, Çərşənbə, 17:13
Bakıda qadın güllələndi, KLİNİKA DİREKTORU olan əri saxlanıldı

İyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Liderxeber.az xəbər verir ki, araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun silahdan atəş açaraq həyat yoldaşı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Yasamalda həyat yoldaşını güllələyən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir.

Liderxeber.az xəbər verir ki, həyat yoldaşını odlu silahla yaralamaqda şübhəli bilinərək saxlanılan Vasif Qaraxan oğlu Kərimov "Referans Medı-Art Hospital" MMC-nin (Mərdəkan filialı) direktorudur.

Bakının Yasamal rayonunda baş verən güllələnmə hadisəsi ailə münaqişəsi zəminində baş verib.

Liderxeber.az-ın məlumatına görə, hadisə günorta saatlarında qeydə alınıb.

1987-ci il təvəllüdlü Vasif Kərimov evdə münaqişə zəminində həyat yoldaşını güllələyib.

Qadın ağır vəziyyətdə akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən V.Kərimov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda qadın qətlə yetirilib.

Liderxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, M.Xiyabani küçəsi, 2a ünvanında baş verib. Həmin ünvanda yaşayan qadın odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Hadisədə qadının həyat yoldaşının şübhəli bilindiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, cütlüyün birgə nikahdan iki övladı var.