Pressa.az » Ölkə » Zakir Həsənov mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hazır olmaq barədə göstərişlər verib

Zakir Həsənov mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hazır olmaq barədə göstərişlər verib

10 iyun 2023, Şənbə, 10:47
Zakir Həsənov mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hazır olmaq barədə göstərişlər verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib.

Liderxəbər xəbər verir ki, bu barədə MN-in Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə keçirilən komanda-qərargah təlimi ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.