Pressa.az » Ölkə » Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı açıqlanıb

Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı açıqlanıb

14 iyun 2023, Çərşənbə, 09:43
Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı açıqlanıb

Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub.

LiderXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub.