Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq
Noyabrın 8-də Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə konsert olacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları - müğənnilər, rəqs kollektivləri çıxış edəcəklər.
Konsertin sonunda atəşfəşanlıq olacaq.
Oxşar Xəbərlər:
26 may 2025, 10:26
08 noy 2024, 09:37
08 noy 2024, 20:56
23 fev 2023, 17:29
