Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik ünvanlayıb.
Liderxeber xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
"Ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını təbrik edirəm. Hər kəsə möhkəm can sağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram!", - deyə paylaşımda qeyd olunub.