Nazirlik: 400 məktəbdə direktor olmaq üçün vakant yer var, 20-si Bakı üzrədir
8 il ərzində məktəb direktorlarının seçilməsi ilə bağlı imtahanlarda 10 minə qədər namizəd iştirak edib. Bu illər ərzində 2000-ə qədər şəxs məktəb təyin olunub.
Liderxəbər xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin Eşqi Bağırov bildirib. Onun sözlərinə görə, şagird sayı 500-dən çox olan məktəblərə direktor seçimi ilə bağlı 6 iyulda test imtahanı nəzərdə tutulur:
“Test mərhələsindən keçid balını toplayanlar esse mərhələsinə dəvət olunacaq, daha sonra isə müsahibə mərhələsi olacaq. Bütün mərhələlərdən uğurlar keçən namizədlərin məktəblər üzrə təyinatları aparılacaq, proses tədris ilinin əvvəlinə qədər tamamlanacaq. 1889 nəfər namizəd var. Məktəb direktoru olmaq üçün namizədlərdən əsas tələb ali təhsil səviyyəsi üzrə pedaqoji təhsil və 5 illik bu sahə üzrə iş stajıdır. Şagird sayı 500-dən az olan məktəblər üçün direktor seçimi üçün test imtahanı əvvəlki aylarda təyin olunub. Növbəti həftələr ərzində müsahibə mərhələləri regional təhsil idarələri tərəfindən həyata keçiriıəcək. Hazırda məktəb direktorları üzrə ümumilikdə 400-dən çox vakant yerimiz var. Şagird sayı 150-yə qədər olan məktəblər üzrə müsahibələr keçirilib. Bəziləri artıq əmək fəaliyyətinə başlayıb, bəziləri həmin yeri istəməyib, ehtiyat kadr siyahısındadılar. Şagird sayı 500-ə qədər olan məktəblər üçün müsahibələrin vaxtı iyul ayında elan olunacaq”.
Eşqi Bağırov deyib ki, Bakı şəhəri üzrə 20-dən çox məktəbdə direktor vəzifəsi üzrə vakant yer var:
“Yay aylarında da çalışmanın son yaş həddinə çatan direktorlar olacaq. Əlavə vakant yerlərin də çıxarılması nəzərdə tutulub”.