Ödənişsiz psixoloji yardım alan şəxslərin siyahısı genişləndirilir
Azərbaycanda ödənişsiz psixoloji yardım almaq hüququ olan şəxslərin əhatə dairəsi genişləndirilir.
Liderxeber.az-ın məlumatına görə, sözügedən məsələ "Psixoloji yardım haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq, zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar.
Qeyd edək ki, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü onlayn iclasında müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə edilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 dekabr 2025, Çərşənbə axşamı
Minatəmizləmə zamanı zərərçəkənlər dövlət xəstəxanalarında pulsuz yardım alacaqlar
