Bakı-Sumqayıt yolunda avtobus yandı - Video - Yenilənib
Abşeron rayonu, Saray qəsəbəsi yaxınlığında avtobusda yanğın baş verib.
Liderxeber.az xəbər verir ki, Bakı-Sumqayıt yolunda baş verən yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Hadisə yerinə polis əməkdaşları da cəlb edilib.
Qeyd edək ki, marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobus Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsusdur.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verib.
Məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Xəsarət alan yoxdur.
Oxşar Xəbərlər:
11 sen 2024, 09:00
03 mar 2025, 09:00
18 dek 2024, 11:11
