Bakı-Sumqayıt yolunda marşrut avtobusunun yanmasının səbəbi açıqlandı
Bu gün saat 13:30-da Bakı-Quba yolunun 22.5-km-də yerləşən Dövlət Yol Polisinin (DYP) Saray qəsəbəsindəki stasionar postunun yaxınlığında "Sumqayıt-Nəqliyyat 1" MMC-yə məxsus, "Sumqayıt - Ceyranbatan - Saray" marşrutu üzrə hərəkət edən 50-AE-442 dövlət qeydiyyat nişanlı 9 nömrəli avtobusunun yanmasının səbəbi məlum olub.
Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumatda qeyd olunub ki, yanğına qısaqapanma səbəb olub:
"Sərnişinlər avtobusdan təxliyə olunublar. Hadisə nəticəsində xəsarət alan olmayıb".
Bu gün saat 13:30-da Bakı-Quba yolunun 22.5-km-də yerləşən Dövlət Yol Polisinin (DYP) Saray qəsəbəsindəki stasionar postunun yaxınlığında "Sumqayıt-Nəqliyyat 1" MMC-yə məxsus, "Sumqayıt - Ceyranbatan - Saray" marşrutu üzrə hərəkət edən 50-AE-442 dövlət qeydiyyat nişanlı 9 nömrəli avtobusunun yanmasının səbəbi məlum olub.
Bu barədə sorğusuya cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.