Venesuela BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında ABŞ-ni ittiham etdi
BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən fövqəladə iclasında Venesuela ABŞ-ni "tarixdəki ən böyük qəsbdə" ittiham edib.
Liderxeber.az xəbər verir ki, məlumatı BBC yayıb.
Tədbirdə Venesuela səfiri deyib ki, ABŞ-nin onlara məxsus neft tankerlərini ələ keçirməsi piratçılıqdan daha pisdir.
ABŞ isə öz növbəsində üçüncü gəmini ələ keçirməyi planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının fövqəladə iclası bu ayın əvvəlində Venesuela sahillərində tankerlərin ələ keçirilməsini müzakirə etmək üçün keçirilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp venesuelalı həmkarı Nikolas Maduronu narkotik kartelinə rəhbərliyi həyat keçirməkdə ittiham edib. Dekabrın 16-da o, Venesuelanın bütün neft tankerlərinin dəniz blokadasına alınmasını əmr edib. Tramp bildirib ki, ABŞ xam nefti ələ keçirdiyi tankerlərdə, eləcə də gəmilərdə saxlayacaq və ya satacaq.
