Prezident Fred Asifin oğlunu təltif etdi
Prezident İlham Əliyev Azərbaycanın bir qrup idmançı və idman mütəxəssisini təltif edib.
Liderxeber.az xəbər verir ki, təltif olunanlar arasında Milli Qəhrəman Fred Asifin (Asif Məhərrəmov) oğlu Azər Məhərrəmov da var.
Qol güləşi idman üzrə dünya çempionu olan A.Məhərrəmov “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, Fred Asif 1991-ci ildə Birinci Qarabağ müharibəsində cəbhənin Ağdam istiqamətində döyüşüb. Döyüşlərdə şücaətinə görə Azərbaycan Milli Qəhrəmanı adı alıb.

Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı
