Pressa.az » Ölkə » Soyuqdəymə və qripdən qısa zamanda sağalmağın üsulu

Soyuqdəymə və qripdən qısa zamanda sağalmağın üsulu

29 dekabr 2025, Bazar ertəsi, 09:34
Soyuqdəymə və qripdən qısa zamanda sağalmağın üsulu

Toronto Universitetinin kanadalı terapevt həkimi Brendon Lyu bildirib ki, duzlu məhlulla burunun müntəzəm yuyulması qrip və soyuqdəymə zamanı sağalma prosesini sürətləndirə və dərmanlara olan ehtiyacı azalda bilər.

Liderxeber.az xəbər verir ki, o, bu barədə "The Daily Mail" nəşrinə açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, söhbət hipertonik duz məhlulu ilə burunun yuyulmasından gedir - bu məhlulda natrium xloridin konsentrasiyası fizioloji məhlulla müqayisədə bir neçə dəfə yüksəkdir. Bu üsul kəskin respirator infeksiya əlamətləri olan insanların iştirakı ilə aparılan tədqiqatda sınaqdan keçirilib.

"Effektin mexanizmi ondan ibarətdir ki, duzlu məhlul burun boşluğundan virus hissəciklərini fiziki olaraq uzaqlaşdırmağa kömək edir, bununla da virus yükünü azaldır. Məhlulun tərkibindəki xlor ionları isə selikli qişanın təbii müdafiə mexanizmlərini əlavə olaraq aktivləşdirir və antimikrob maddələrin istehsalını təşviq edir", - deyə Brendon Lyu qeyd edib.