Ucarda kütləvi zəhərlənmə - 14 nəfər xəstəxanalıq oldu
Ucarda kütləvi zəhərlənmə halı qeydə alınıb.
Ucar Rayon Mərkəzi Xəstəxanasından Liderxeber.az-a verilən məlumata görə, 30.12.2025-ci il tarixində saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.
Oxşar Xəbərlər:
09 sentyabr 2023, Şənbə
Fizioterapevt: Azərbaycanda fizioterapiya və tibbi reabilitasiya ixtisası təkmilləşdirilir
