Gecə Sumqayıtda daha bir yanğın olub
Sumqayıtda gecə saatlarında daha bir yanğın qeydə alınıb.
Liderxeber.az xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsi, 9-cu mikrorayonda baş verib.
Məlumata görə, yaşayış binasının önündə ağac yanıb və əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürüblər.
Qeyd edək ki, həmin gecə şəhər ərazisində yerləşən sexlərdən biri də yanıb.
