Pressa.az » Ölkə » Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

06 yanvar 2026, Çərşənbə axşamı, 13:25
Sabah 17 dərəcə isti olacaq

Ölkə ərazisində yanvarın 7-də gözlənilən hava proqnozu açıqlanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Oxşar Xəbərlər:

Yanvar ayına olan hava proqnozu açıqlanıb
29 dekabr 2024, Bazar günü
Yanvar ayına olan hava proqnozu açıqlanıb
Bayram günlərinin havası
30 dekabr 2025, Çərşənbə axşamı
Bayram günlərinin havası
Bazar günü hava necə olacaq?
27 dekabr 2025, Şənbə
Bazar günü hava necə olacaq?
Dekabrda hava necə olacaq?
28 noyabr 2025, Cümə
Dekabrda hava necə olacaq?