Pressa.az » Ölkə » Metronun "Memar Əcəmi" stansiyasının çıxışı müvəqqəti bağlanılacaq

Metronun "Memar Əcəmi" stansiyasının çıxışı müvəqqəti bağlanılacaq

06 yanvar 2026, Çərşənbə axşamı, 17:48
Metronun "Memar Əcəmi" stansiyasının çıxışı müvəqqəti bağlanılacaq

Bakı Metropoliteninin "yaşıl xətt"inin "Memar Əcəmi" stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır.

Liderxeber.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, təmir işləri zamanı keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq. Həmçinin döşəmədə 370 kvadratmetr sahədə mozaika üzlük qranitlə dəyişdiriləcək

"Təhlükəsizlik və işlərin operativ aparılması məqsədilə keçid qismən sərnişinlər üçün açıq olacaq, stansiyanın 4-cü çıxışı müvəqqəti bağlanacaq. Sərnişinlərdən məhdudiyyətləri nəzərə almaları xahiş olunur", - deyə məlumatda bildirilib.