Pressa.az » Ölkə » Zelenski ABŞ ilə danışıqların detallarını açıqladı

Zelenski ABŞ ilə danışıqların detallarını açıqladı

07 yanvar 2026, Çərşənbə, 17:50
Zelenski ABŞ ilə danışıqların detallarını açıqladı

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fransada ABŞ təmsilçiləri ilə növbəti danışıqlar aparacaq.

Liderxeber.az RBC-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Ukrayna lideri danışıqlar zamanı əsasən Zaporojye Atom Elektrik Stansiyası və onun əraziləri üzərində nəzarətə dair məsələlərə diqqət yönəldiləcəyini bildirib.

Zelenski həmçinin hökumət üzvlərinə Ukrayna, Avropa ölkələri və ABŞ arasında dövlət başçıları səviyyəsində görüşün keçirilməsinin təşkilini müzakirə etməyi tapşırdığını da bildirib.

O qeyd edib ki, Ukrayna çətin həll edilən məsələlərdən yayınmır və sülhə maneə olmaq niyyəti güdmür.