Pressa.az » Ölkə » Şənbənin havası

Şənbənin havası

09 yanvar 2026, Cümə, 14:33
Şənbənin havası

Yanvarın 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Axşam qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Oxşar Xəbərlər:

Bazar günü hava necə olacaq?
27 dekabr 2025, Şənbə
Bazar günü hava necə olacaq?
Bayram günlərinin havası
30 dekabr 2025, Çərşənbə axşamı
Bayram günlərinin havası
Yanvar ayına olan hava proqnozu açıqlanıb
29 dekabr 2024, Bazar günü
Yanvar ayına olan hava proqnozu açıqlanıb
Dekabrda hava necə olacaq?
28 noyabr 2025, Cümə
Dekabrda hava necə olacaq?
Bayram günlərində bölgələrdə qar yağacaq
19 mart 2024, Çərşənbə axşamı
Bayram günlərində bölgələrdə qar yağacaq