“Şamaxinka”da yeni işıqforlar quraşdırılır
Yasamal rayonu Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi işıqforlarla tənzimlənəcək.
Liderxeber.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar NİİM tərəfindən yolda yeni işıqfor dirəkləri quraşdırılıb, kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
