Pressa.az » Ölkə » COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqqılarına əlavənin müddəti artırılıb

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqqılarına əlavənin müddəti artırılıb

15 yanvar 2026, Cümə axşamı, 17:48
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqqılarına əlavənin müddəti artırılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarda dəyişiklik edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, əməkhaqqılarına əlavələrin edilməsi müddəti aprelin 1-dək uzadılıb.

Sözügedən müddət yanvarda başa çatmışdı.