Pressa.az » Ölkə » Vətən müharibəsində dağılan binada DOST-un filialı açıldı - Fotolar

Vətən müharibəsində dağılan binada DOST-un filialı açıldı - Fotolar

23 yanvar 2026, Cümə, 14:02
Vətən müharibəsində dağılan binada DOST-un filialı açıldı - Fotolar

Yanvarın 22-də Tərtərdə DOST filialının binası istifadəyə verilib. 

Liderxeber.az xəbər verir ki, həmin bina Vətən müharibəsi zamanı Ermənistan Ordusunun Tərtərə atdığı top mərmiləri ilə rayonda dağıdılan inzibati binalardan biri olub.

Bina əsaslı təmir və yenidənqurma işləri aparılaraq modern və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. 

Bu gün artıq yeni, müasir DOST görkəmi ilə Tərtər şəhərinin gözəl memarlıq nümunələrindən biridir.