Pressa.az » Ölkə » “Tarqovı”dakı hoteldə qonağın meyiti tapıldı

“Tarqovı”dakı hoteldə qonağın meyiti tapıldı

28 yanvar 2026, Çərşənbə, 11:02
“Tarqovı”dakı hoteldə qonağın meyiti tapıldı

Bakının mərkəzindəki hotellərin birində meyit tapılıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, yanvarın 27-si saat 23 radələrində Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Alıyevin meyiti “Tarqovı” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.