Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı şəhəri, Xətai rayonu, Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.
Sürücülər alternativ olaraq Süleyman Vəzirov küçəsindən istifadə edə bilərlər.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
04 noyabr 2025, Çərşənbə axşamı
Bu yollarda hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərə xəbərdarlıq!
