Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Liderxeber.az xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 26 ailə - 142 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
27 may 2025, Çərşənbə axşamı
Ağdam rayonunun Kəngərli kənd sakinlərinə evlərinin açarları təqdim edildi
21 aprel 2025, Bazar ertəsi
Sarıcalı və Ballıcaya köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib
