Pressa.az » Ölkə » Aeroport yolunda sürət həddi endirildi

Aeroport yolunda sürət həddi endirildi

29 yanvar 2026, Cümə axşamı, 11:30
Aeroport yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları məlumat-sürət tablolarında dəyişiklik edib.

Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.