Onlar bu gün imtahan verir
Bu gün eksternlər üçün aralıq imtahanları keçirilir.
Liderxeber.az xəbər verir ki, əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb.
Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 noyabr 2025, Çərşənbə axşamı
Şirvan-Salyan regionunda eksternat imtahanlara sənəd qəbuluna start verilir
30 mart 2023, Cümə axşamı
DİM-in aprelin 2-də keçiriləcək imtahanlarında 27 mindən çox abituriyent iştirak edəcək
