Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş öldü
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Liderxeber.az xəbər verir ki, magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.
Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı
