Həmkarları rüşvət alan hakimə güzəşt etmədi
Bərdə Rayon Məhkəməsinin vətəndaşdan külli miqdarda rüşvət almaqda təqsirli bilinən sabiq hakimi Elsun Əhmədovun kassasiya şikayətinə baxılıb.
Liderxeber.az-ın məlumatına görə, Ali Məhkəmənin hakimləri keçmiş həmkarları ilə bağlı heç bir güzəştə yer olmadığı qənaətinə gəliblər.
Qərara əsasən, Elsun Əhmədov haqda 5 illik həbs qərarı qüvvədə saxlanılıb. Bundan sonra onun çəkilməmiş 3 il cəza müddəti qalıb.
Qeyd edək ki, eks-hakim icraatında olan işlərdən birində təqsirləndirilən şəxsin yaxınından külli miqdarda pul almaqda ittiham edilirdi. Onun qanunsuz əməlinin üstü 2024-cü ilin fevralında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən açılıb.
E.Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb.
