Pressa.az » Ölkə » Bakıdakı güclü küləkdə 37 ağac qırıldı - Fotolar - Yenilənib

Bakıdakı güclü küləkdə 37 ağac qırıldı - Fotolar - Yenilənib

04 fevral 2026, Çərşənbə, 12:16
Bakıdakı güclü küləkdə 37 ağac qırıldı - Fotolar - Yenilənib

Ötən gün axşamdan səhərədək davam edən güclü külək nəticəsində 19 ağac qırılıb, 15 ağacın budaqları sınıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.

Bildirilib ki, birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülür və ərazi təmizlənir.

***

Birlikdən verilən məlumata görə, külək nəticəsində ötən gecədən bu gün saat 12:00-ə qədər şəhər üzrə 37 ağacın qırılması, 23 ağacın budaqlarının sınması qeydə alınıb.