Ana və 3 övladı dəm qazından zəhərləndi
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Liderxeber.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərdən birində qeydə alınıb.
İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Nübar Aslan qızı Yusifova və onun azyaşlı övladları – 2010-cu il təvəllüdlü Dilbazi Rəşad qızı Yusifli, 2014-cü il təvəllüdlü Nəzrin Rəşad qızı Yusifli, 2015-ci il təvəllüdlü Emin Rəşad oğlu Yusifli yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardım vasitəsilə Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb. Daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar Xəbərlər:
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı
