Pressa.az » Ölkə » Vens Milandan sonra Azərbaycana səfər edəcək

Vens Milandan sonra Azərbaycana səfər edəcək

05 fevral 2026, Cümə axşamı, 11:48
Vens Milandan sonra Azərbaycana səfər edəcək

ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens Milanda keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Qış Olimpiya Oyunlarının açılış mərasimində Vens həyat yoldaşı Uşa Vens, dövlət katibi Marko Rubio və ABŞ-nin İtaliyadakı səfiri Tilman Fertittanın da daxil olduğu nümayəndə heyətinə rəhbərlik edəcək.

“İtaliyadan sonra Vens Ermənistan və Azərbaycana səfər edəcək. Burada Tramp ona iki ölkə arasında 30 il davam etmiş münaqişəyə son qoymağı hədəfləyən saziş hazırlamağı tapşırıb”, - məlumatda deyilir.

Bununla belə, ABŞ vitse-prezidentinin Azərbaycana və Ermənistana hansı tarixlərdə səfər edəcəyi açıqlanmır.

Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-sı baş tutacaq.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp C.Vensin fevralda Azərbaycan və Ermənistana səfər edəcəyini açıqlamışdı.