Pressa.az » Ölkə » Sumqayıt bulvarında ağır qəza

Sumqayıt bulvarında ağır qəza

05 fevral 2026, Cümə axşamı, 17:08
Sumqayıt bulvarında ağır qəza

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az  xəbər verir ki, hadisə Bulvar küçəsində baş verib.

Belə ki, xanım sürücünün idarəetməsindən çıxan “Hyundai Getz” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. Qəza zamanı avtomobildə olan şəxslər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.