Pressa.az » Ölkə » Cənubi Qafqazda sülh bərqərar edilir - ŞƏRH

Cənubi Qafqazda sülh bərqərar edilir - ŞƏRH

06 fevral 2026, Cümə, 18:57
Cənubi Qafqazda sülh bərqərar edilir - ŞƏRH

Bu gün dinindən, irqindən, milliyyətindən asılı olmayaraq dünya xalqları sülh və əminamanlıq içində yaşamaq istəyirlər.

Bu gün Cənubi Qafqazda baş verən proseslər, sülhə töhfə verən addımlar Azərbaycanın növbəti diplomatik uğuru, siyasi zəfəridir. Uzun illər davam edən münaqişələrdən, qarşıdurmalardan və qırğınlardan sonra regionumuzda sülh üfüqləri açılır. Bu, yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün region, eləcə də beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edən dönüş nöqtəsidir. Bir zamanlar məqsədli şəkildə qarşıdurma məkanına çevrilmiş Cənubi Qafqaz regionuna sülh, sabitlik gəlməkdədir. Əminliklə deyə bilərik ki, Azərbaycanın əzmi və iradəsi, dünyanın ən güclü dövlətinin şahidliyi ilə bu gün Cənubi Qafqazda sülh bərqərar edilir. Bu, sadəcə bir siyasi akt deyil – bu, gələcək nəsillərin taleyinə təsir edəcək böyük bir humanitar, iqtisadi və mənəvi hadisədir. Sülh, sabitlik və inkişaf yalnız bir ölkə üçün deyil, bütün region və dünya üçün müsbət nəticələr doğuracaqdır. Bu, eyni zamanda divarları dağıdan, keçmişin ağrılı xatirələrini arxada qoymağa yardım edən, insanlar və xalqlar arasında yeni körpülər salan bir dəyərlər sistemidir.

Yeni siyasi və iqtisadi sfera bir sıra ölkələr üçün investisiya, iqtisadi sabitlik və rifah baxımından böyük imkanlar yaradacaqdır. Bu gün Möhtərəm Prezident cənab İlham Əliyevin tarixi missiyası ən nüfuzlu dairələr tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir və təqdir edilir. Bu günlərdə cənab Prezident İlham Əliyevə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi qeyd ediklərimizin bariz nümunəsidir.  Mükafatlandırma mrasimində nitq söyləyən Ölkə başçısı əldə edilən uğurlarla bağlı ABŞ Prezidenti Donald Trampın tarixi sülh missiyasına xüsusi diqqət çəkdi. Müasir dünyada nadir hallarda baş verən belə halların dəyərləndiriliməsinin vacibliyini xüsusi qabardan cənab Prezident nəhayət ki, planetimizə möhkəm, etibarlı, dayanıqlı sülh və sabitliyin gəlməsinə çox ciddi ehtiyac olduğunu xüsusi vurğuladı.

Azərbaycan və Ermənistanın müstəqilliklərini bərpa etdikləri ərəfədə məqsədli şəkildə dərin qarşıdurmalara və müharibəyə sürükləndiyini vurğulayan Möhtərəm Prezident bunun bölgəmizə və xalqlarımızın rifahına böyük zərbə vurduğunu bildirdi. Lakin görünən odur ki, tarix dəyişir. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq dünya xalqları sülh və əminamanlıq içində yaşamaq istəyirlər. Azərbaycan dövləti və xalqı hər zaman sülhə, sabitliyə böyük önəm verib. Cənab İlham Əliyev ölkəmizin sülhə, əməkdaşlığa və regional inteqrasiyaya hər zaman sadiq olduğumuzu vurğulayaraq, bu imkanı tarixi şans adlandırdı.

Esmira Məmmədzadə
Neftçala rayonu