Fəzail Ağamalı ilə vida mərasimi keçirilir
Ötən gün vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçirilir.
Liderxeber.az-ın məlumatına görə, Heydər məscidində təşkil olunan mərasimdə mərhumun yaxınları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün Ramana qəbiristanlığına (Gülçülük sovxozu adlanan ərazidə yerləşir) aparılacaq.
Qeyd edək ki, uzun illər siyasi fəaliyyətlə məşğul olan 79 yaşlı F.Ağamalı dünən Türkiyədə vəfat edib. O, 35 il Ana Vətən Partiyasına rəhbərlik edib. Bu yaxınlarda partiyanın sədri vəzifəsinə onun qızı Günay Ağamalı seçilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
18 oktyabr 2023, Çərşənbə
Ali məktəblərə yüksək balla qəbul olan tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
