Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
Artan sərnişin tələbatını təmin etmək məqsədilə 15 fevralda Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.
Liderxeber.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunub.
Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
Oxşar Xəbərlər:
05 iyun 2025, Cümə axşamı
Bakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişin daşımalarına start verilir
25 sentyabr 2025, Cümə axşamı
ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır - Cədvəl
24 iyun 2025, Çərşənbə axşamı
Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu
