Bakıda yeni tunel tikiləcək - Daha bir ərazidə söküntü başlayır - Video
Bakıda yeni tunel tikiləcək. Tunelin tikintisi məqsədilə bir sıra plana düşən evlər söküləcək.
Liderxeber.az xəbər verir ki, tunelin məqsədi “20 Yanvar” dairəsi və “Şamaxinka”dan gedən sıxlığın aradan qaldırılmasıdır.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 25 layihənin icrası nəzərdə tutulur.
“Artıq onun bir neçəsində işlərə start verilib, bir neçəsində isə yaxın müddətdə işlərə başlanılması nəzərdə tutulur. O cümlədən, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindən Kənar Dairəvi yola çıxan tunelin inşası nəzərdə tutulur”.
Artıq söküntü işləri ilə bağlı sakinlərə rəsmi bildirişlər təqdim edilib.
Daha ətraflı videomaterialda:
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
