Pressa.az » Ölkə » Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

11 fevral 2026, Çərşənbə, 12:42
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri hadisə yerinə dərhal cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.