ABŞ–Azərbaycan münasibətləri yeni tarixi mərhələyə qədəm qoyub
ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Azərbaycanla Ermənistan arasında olan münaqişənin və müharibənin faktiki olaraq sona çatdığını təsdiqləyir.
Bu, təkcə iki ölkə arasında deyil, bütövlükdə 30 ildən artıq davam edən regional münaqişənin sona çatması deməkdir. Yeni dövr başlayır – Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq üçün yeni əməkdaşlıq imkanları və sabitlik perspektivləri yaranır. Həmin gün imzalanan sənədlər yalnız sülh prosesi ilə məhdudlaşmadı. “Trump Route for International Peace and Prosperity” adlandırılan yeni beynəlxalq tranzit marşrutunun – Zəngəzur dəhlizinin açılması və inkişaf etdirilməsinin qərara alınması Vaşinqton görüşünü tarixə keçdiyini nümayiş etdirir.
Bu günlərdə cənab İlham Əliyev ABŞ-nin Vitse-prezidenti Cey.Di.Vensin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanatında tarixi Vaşinqon görüşünə xüsusi diqqət ayırdı. Ölkə başçısı “Trump Route for International Peace and Prosperity” adlandırılan yeni beynəlxalq tranzit marşrutunun – Zəngəzur dəhlizinin açılmasının region ölkələri arasında iqtisadi əlaqələri genişləndirmək, ticarət dövriyyəsini artırmaq və bölgədə sabitliyi möhkəmləndirmək məqsədi daşıdığını vurğuladı. Möhtərəm Prezident bəyanatında ABŞ Prezidentinin sülh təşəbbüsünə verdiyi töhfəni yüksək qiymətləndirərək, ABŞ–Azərbaycan münasibətlərinin yeni tarixi mərhələyə qədəm qoyduğunu bildirdi.
Qeyd edək ki, Vitse-prezident Vensin iştirakı ilə imzalanmış “Strateji Tərəfdaşlıq Xartiyası”nın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması barədə razılığ da məhz tarixi Vaşinqton görüşündə əldə edilmişdi.
Şahin Abdiyev
Neftçala rayonu
