Pressa.az » Ölkə » Sabahın havası - 18° isti

Sabahın havası - 18° isti

12 fevral 2026, Cümə axşamı, 13:17
Sabahın havası - 18° isti

Fevralın 13-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Oxşar Xəbərlər:

Bayram günlərinin havası
30 dekabr 2025, Çərşənbə axşamı
Bayram günlərinin havası
Bazar günü hava necə olacaq?
27 dekabr 2025, Şənbə
Bazar günü hava necə olacaq?
Yanvar ayına olan hava proqnozu açıqlanıb
29 dekabr 2024, Bazar günü
Yanvar ayına olan hava proqnozu açıqlanıb
Dekabrda hava necə olacaq?
28 noyabr 2025, Cümə
Dekabrda hava necə olacaq?