Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü - Yenilənib
Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.
Liderxeber.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.
Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.
Xəbəri rus dilində oxuyun: В Баку 43-летняя женщина умерла после операции
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.
