Pressa.az » Ölkə » Sabah 24 dərəcə isti gözlənilir

Sabah 24 dərəcə isti gözlənilir

17 fevral 2026, Çərşənbə axşamı, 14:02
Sabah 24 dərəcə isti gözlənilir

Fevralın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10,gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Oxşar Xəbərlər:

Bayram günlərinin havası
30 dekabr 2025, Çərşənbə axşamı
Bayram günlərinin havası
Bazar günü hava necə olacaq?
27 dekabr 2025, Şənbə
Bazar günü hava necə olacaq?
Martda hava necə olacaq?
01 mart 2025, Şənbə
Martda hava necə olacaq?
Aprelin havası - 32° isti
02 aprel 2025, Çərşənbə
Aprelin havası - 32° isti
Yanvar ayına olan hava proqnozu açıqlanıb
29 dekabr 2024, Bazar günü
Yanvar ayına olan hava proqnozu açıqlanıb