Pressa.az » Ölkə » Qeyri-sabit hava iyulun 26-sı gündüzədək davam edəcək

Qeyri-sabit hava iyulun 26-sı gündüzədək davam edəcək

25 iyul 2023, Çərşənbə axşamı, 10:30
Qeyri-sabit hava iyulun 26-sı gündüzədək davam edəcək

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

Bu barədə Milli Hirometeorologiya Xidmətindən xəbər verilib.

Əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.