Pressa.az » Ölkə » Sabah yağış yağacaq

Sabah yağış yağacaq

23 fevral 2026, Bazar ertəsi, 12:50
Sabah yağış yağacaq

Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə yağıntının çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Oxşar Xəbərlər:

Bazar günü hava necə olacaq?
27 dekabr 2025, Şənbə
Bazar günü hava necə olacaq?
Bayram günlərinin havası
30 dekabr 2025, Çərşənbə axşamı
Bayram günlərinin havası
Bayram günlərində bölgələrdə qar yağacaq
19 mart 2024, Çərşənbə axşamı
Bayram günlərində bölgələrdə qar yağacaq
Yanvar ayına olan hava proqnozu açıqlanıb
29 dekabr 2024, Bazar günü
Yanvar ayına olan hava proqnozu açıqlanıb