Bakının daha bir küçəsində sürət həddi endirilib
Bakının Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Qurum hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürət hədlərinə riayət etmələrini xahiş edir.
Xatırladaq ki, beş gün öncə paytaxtın Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrində də sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Oxşar Xəbərlər:
17 aprel 2023, Bazar ertəsi
"Formula 1"-in keçiriləcəyi yollar aprelin 24-dən bağlanacaq, hərəkət mayın 2-dən bərpa olunacaq