Pressa.az » Ölkə » Bakıya sulu qar yağacaq

Bakıya sulu qar yağacaq

27 fevral 2026, Cümə, 13:10
Bakıya sulu qar yağacaq

Fevralın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Günün birinci yarısında bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-5° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Oxşar Xəbərlər:

Bazar günü hava necə olacaq?
27 dekabr 2025, Şənbə
Bazar günü hava necə olacaq?
Bayram günlərinin havası
30 dekabr 2025, Çərşənbə axşamı
Bayram günlərinin havası
Bayram günlərində bölgələrdə qar yağacaq
19 mart 2024, Çərşənbə axşamı
Bayram günlərində bölgələrdə qar yağacaq
Yanvar ayına olan hava proqnozu açıqlanıb
29 dekabr 2024, Bazar günü
Yanvar ayına olan hava proqnozu açıqlanıb