Pressa.az » Ölkə » Yasamalda piyada keçidində ağır qəza, ölən var

Yasamalda piyada keçidində ağır qəza, ölən var

03 mart 2026, Çərşənbə axşamı, 09:28
Yasamalda piyada keçidində ağır qəza, ölən var

Ötən gecə saat 01:50 radələrində Yasamal rayonu Şərifzadə küçəsində ağır yol qəzası baş verib.

Liderxeber.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu “BYD” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.

Nəticədə N.Vahabov hadisə yerində ölüb.

Fakt bağlı Yasamal RPİ-də cinayət işi başlanıb.