Yol polisinin göstərişinə əməl etdi, cərimələndi - VİDEO
11.02.2026 tarixdə maraqlı və düşündürücü bir vəziyyətlə üzləşdim. Səhər saatlarında işdən çıxanda İzzət Nəbiyev küçəsində yaranan tıxac səbəbindən yol polisi əməkdaşı nəqliyyat vasitələrini əks istiqamətə yönləndirdi. Mən də həmin göstərişə əsasən hərəkət etdim. Bir saat sonra isə kameradan “əks istiqamətdə hərəkət” maddəsi ilə 100 AZN və 3 cərimə balı tətbiq olundu.
Bunu Liderxeber.az-a açıqlamasında jurnalist Sadiq Məmmədov deyib:
"Ən maraqlısı budur ki, yol polisi əməkdaşının bizə istiqamət verdiyi anın video görüntüsü mövcuddur. Hətta dayanıb təşəkkür etdiyim kadr belə var. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdim, kadrları göstərdim. Mənə bildirildi ki, onlayn müraciət edin silinəcək. Müraciət etməyimdən az qalır ki, bir ay keçsin hələlik nəticə yoxdur. Cərimə və bal qüvvədə qalıb. Əgər sürücü yol polisi əməkdaşının birbaşa göstərişini icra edirsə, sonradan kameraya əsasən cərimələnməsi nə dərəcədə ədalətlidir?"
Jurnalist ümid edir ki, məsələ obyektiv araşdırılacaq və düzgün qərar veriləcək.

