Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsinin Fəzail Bayramov küçəsindən Sənan Kərimov küçəsinə qədərki hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb saat 08:00-dan 22:00-dək ərazidə aparılacaq təmir işləridir.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
06 mart 2025, Cümə axşamı
Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq
